Məşhur bioloqlar

Almaz Həsrət (tam adı: Həsrət Almaz İsrayıl qızı) — Azərbaycan Respublikasının Əməkdar müəllimi

Mündəricat
1 Təhsili
2 Əmək və ictimai fəaliyyəti
3 Mükafatları
3.1 Rəsmi
3.2 Əlavə olaraq
4 Həmmüəllifi olduğu dərslik və dərs vəsaitləri
5 İstinadlar
6 Yaratdığı müəllim və fənn saytı
Təhsili[redaktə]
1980-1990: Orta təhsil – Xətai rayonu 204 saylı məktəb (Gümüş medalla)
1991-1997: Bakı Dövlət Universiteti, Biologiya Fakültəsi (yaxşı və əla qiymətlərlə) Tam ali təhsilli
1998-1999: “Vışka” qəzeti nəzdində fəaliyyət göstərən Osman Mirzəyev adına jurnalistika kursu (Əla qiymətlərlə)
2009-2010: Moskva şəhərindəki 1 Sentyabr Pedagoji Universiteti və M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Pedagoji Təhsil Fakültəsinin təhsil proqramı üzrə “İnformasiya mədəniyyəti və biologiya dərsində kompüter” uzaqdan ixtisasartırması (vəsiqə)
2011-2012: Moskva şəhərindəki 1 Sentyabr Pedagoji Universiteti və M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Pedagoji Təhsil Fakültəsinin təhsil proqramı üzrə “Biologiya dərslərində oyunlar” uzaqdan ixtisasartırması (vəsiqə)
2012-ci il Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Problemləri İnstitutunun fəlsəfə doktoru proqramı üzrə doktorantura(təhsili davam edir)
Əmək və ictimai fəaliyyəti
1996-2011: Xətai rayonundakı Ə. Əliyev adına 204 № orta məktəbdə biologiya müəlliməsi.
1997-2001: “Savalan”, “Vışka”, “Supermarket”, “Azərbaycan müəllimi”, “Respublika”, “Əlillər”, “Azərbaycan” qəzetlərində müxtəlif yazılarla çıxış edib.
1998: Azərbaycan Qadınlar Qurultayının nümayəndəsi,
1998: Azərbaycan Müəllimlər Qurultayının nümayəndəsi,
1998-1999: “Vışka” qəzetinin ştatdankənar müxbiri.
1998-2000: “Tələbə Press” qəzetinin baş redaktor müavini.
1999-2002: Xətai rayonunda fəaliyyət göstərən Gənc Müəllimlər Məclisinin sədr müavini,
1999-2002: Jurnalistlərin Həmkarlar İttifaqının üzvü,
2007: “İntel - Gələcək üçün təhsil” kursunun təlimçisi.
2007-2008: Xətai rayonunun 245 saylı və 204 saylı orta məktəblərdə, 287 saylı “Zəkalar” liseyində “İntel” Gələcək üçün təhsil proqramı çərçivəsində müəllimlər üçün kursların təlimçisi,
2008: Letopisi.Ru - inzibatçı.
2008: Azərbaycan İnternet Forumunun üzvü,
2008-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan İnternet Forumu və Microsoft Azərbaycan təşkilatlarının birgə həyata keçirdiyi “İnternetdə uşaqların təhlükəsizliyi” layihəsi çərçivəsində dərc edilən eyni adlı kitabın Azərbaycan dilinə tərcüməsində və redaktə edilməsində iştirak etmişdir.
2009: Campus.ru – inzibatçı.
2009 (avqust)-bu günədək – Azərbaycan Respublikası Təhsil Nazirliyi Kurikulum Portalının vebmasteri.
2009 (avqust)-bu günədək – Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin Kurikulum İslahatının davam etdirilməsi və Kurikulumun tətbiqinə dəstək komponentinin məsləhətçisi.
2009: Campus.Ru – inzibatçı (Beynəlxalq internet təhsil saytı),
2009-2010: Biologiya fənn kurikulumunun hazırlanması və dərsliklərin qiymətləndirilməsi işçi qrupunun üzvüdür
2009: Biologiya fənn proqramının hazırlanması işçi qrupunun üzvüdür
2009-2010: Biologiya fənn kurikulumu layihəsinin həmmüəllifi
2010-2011 - http://centersot.org – MüasirTəlim Texnologiyaları Mərkəzi saytının administratoru (Moskva şəhəri).
2010: Azərbaycan Respublikası Təhsil Nazirliyinin Biologiya fənn proqramının hazırlanması işçi qrupunun üzvü və həmmüəllifi
2010: Azərbaycan Respublikası Təhsil Nazirliyi Kurikulum Portalının veb-masteridir
2010: Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil Sektorunun İnkişafı Layihəsinin məsləhətçisi
2010: 10-cu sinif “Ümumi biologiya” dərsliyinin metodiki cəhətcə işləyəni
2010: 11-ci sinif “Ümumi biologiya” dərsliyinin metodiki cəhətcə işləyəni
2010: 10-cu sinif “Ümumi biologiya” dərsliyinin həmmüəllifi
2010: 11-ci sinif “Ümumi biologiya” dərsliyinin həmmüəllifi
2011-2012 – biologiya müəllimi, AAM Kurikulum Mərkəzinin rəhbəri.
28.06.2011 – 30.06.2011 Moskva şəhərində M.V. Lomonosov adına Moskva Dövlət Universiteti və Sankt Peterburq Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Biologiya Müəllimlərinin 1-ci Ümumrusiya Qurultayının iştirakçısı və məruzəçisi (Sertifikat)
2011: 7-ci sinif “Zoologiya” dərsliyinin həmmüəllifi
2011: 8-ci sinif “Zoologiya” dərsliyinin həmmüəllifi
2011: “Biologiya lüğəti” Məktəbli kitabxanası, həmmüəllif
2012 - Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi Metodik Şuranın “Biologiya” bölməsinin üzvü.
Mükafatları
Rəsmi
Azərbaycan Respublikasında 2008/2009-cu tədris ilində keçirilmiş "Ən yaxşı müəllim" müsabiqəsinin qaliblərindən biri olmuş və 5000 manat pul mükafatına layiq görülmüşdür[2].
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ona 4 oktyabr 2010-cu ildə Azərbaycan Respublikasının "Əməkdar müəllim"i fəxri adı verilmişdir[1].
Əlavə olaraq
1997-1998: Ən yaxşı pedaqoji mühazirəyə görə 204 saylı məktəb üzrə 1-ci, Xətai rayonu üzrə ikinci yer
1999-2000: Ən yaxşı pedaqoji mühazirəyə görə 204 saylı məktəb üzrə 1-ci, Xətai rayonu üzrə ikinci yer
1999-2000: 204 saylı məktəb, “İlin ən yaxşı dərs planı” müsabiqəsində 1-ci yer və Fəxri fərman
2006-2007: 204 saylı məktəb, ən yaxşı pedoqoji mühazirəyə görə 1-ci yer və Fəxri fərman
2007: 204 saylı məktəb, ən yaxşı metodiki tövsiyyəyə ğörə 1-ci yer
2007, 5-7 aprel: Çağ Öyrətim İşlətmələrinin təşkil etdiyi “Ətraf mühitin mühafizəsi” 1-ci Beynəlxalq layihə olimpiadasının iştirakçısı (seçilmiş 50 layihədən biri) (Sertifikat)
2007:”Müasir təlim metodlari və yeni pedaqoji texnologiyalarin tədbiqinə dair metodiki tövsiyə”yə görə Bakı şəhəri üzrə Təhsil İdarəsinin Xətai və Suraxanı rayonlarında 1-ci yer
2008, 4-6 aprel: Çağ Öyrətim İşlətmələrinin təşkil etdiyi “İNEPO – Ətraf mühitin mühafizəsi” 2- ci Beynəlxalq layihə olimpiadasının iştirakçısı (seçilmiş 33 layihədən biri- ilk beşliyə düşən) (Sertifikat)
2009, 5-7 aprel: Çağ Öyrətim İşlətmələrinin təşkil etdiyi “Ətraf mühitin mühafizəsi” Beynəlxalq layihə olimpiadasının iştirakçısı (seçilmiş 50 layihədən biri) (Sertifikat)
“Yaşıl Paket” layihəsi çərçivəsində Azərbaycanda keçirilən “Yaşıl həftə” məktəblərarası müsabiqədə 3-cü yer.
2008-ci ildə pedaqoji sahədə fəaliyyətinə, gənc nəslin təlim-tərbiyəsində qazandığı uğurlara və “Müəllimlər günü” münasibətilə BŞTİ tərəfindən Fəxri fərmanla təltif olunub;
2008, sentyabr-dekabr: “İntel Gələcək üçün Təhsil” və Rusiyanın “Trans Telekom” şirkətlərinin birgə təşəbbüsü ilə keçirilən “300 İntellektual məktəb” beynəlxalq internet layihə müsabiqələrində 1-ci dərəcəli Fəxri Fərman və diplomlara layiq görülüb;
2008-ci ildə məktəblilərə tədris metodikasına uyğun yeni internet texnologiyalarınin öyrədilməsinə görə Diplom,
“Bayram istəyirik” adlı beynəlxalq şəbəkə layihəsinin 1-ci (2008) və 2-ci (2009) mərhələlərinin hər ikisində 1-ci dərəcəli Diplom,
“13 dəniz arxasına səyahət” adlı beynəlxalq şəbəkə layihəsinin qalibi, 1-ci dərəcəli Diplom,
“300 intellektual məktəb-2008” Beynəlxalq tədris layihəsi çərçivəsində məktəbdə yaratdığı “VİbioKİ” adlı komandasının qalib diplomu,
Rusiyanın VİPKRO informasiya texnologiyaları üzrə institutunun rektoru V.V. Andreyev tərəfindən rus dili üzrə regionlararası tədqiqat şəbəkə layihəsinin Diplomuna layiq görülüb,
“Məktəbimizin idman ulduzları” adlı layihəsinin 1-ci dərəcəli Diplomuna layiq görülüb,
“İlk məktəb zəngi” adlı beynəlxalq şəbəkə layihəsində fəal iştiraka görə Sertifikat,
“300 İntellektual məktəbin liderləri-2008” Təhsil layihəsi çərçivəsi üzrə internet-estafetində 107 məktəb arasından 2-ci dərəcəli Diploma layiq görülüb,
“Məktəb simvolu ensiklopediyası” adlı layihədə Diploma layiq görülüb,
“Nuş olsun” regionlararası layihədə 2-ci dərəcəli Diplom,
“Hamımızın əsli uşaqlıqdan keçir” adlı layihəsinin iştirakçı Sertifikatı,
“Dərs deyil, nağıldır” beynəlxalq şəbəkə layihəsində 2-ci dərəcəli diploma layiq görülüb,
Letopisi.ru “Məktəbin siması-2008” beynəlxalq təhsil layihəsi çərçivəsində məktəbi, şəhəri, Azərbaycanı layiqincə təmsil etdiyinə görə Diplomla təltif olunub.
“300 İntellektual məktəb” layihəsi çərçivəsində keçirilən müsabiqədə 1-ci dərəcəli yerə layiq görülüb.
İKT-nin tədbiqi ilə keçirilən layihələrdə fəal iştiraka və nailiyyətlərinə görə Letopisi.ru internet saytının təhsil sahəsində və “Campuc.ru” beynəlxalq ümümtəhsil layihəsinin internet saytına inzibatçı seçilib,
2008, sentyabr-dekabr: “İntel Gələcək üçün Təhsil” və Rusiyanın “Trans Telekom” şirkətlərinin birgə təşəbbüsü ilə keçirilən “300 İntellektual məktəb” beynəlxalq internet layihə olimpiadasında 1-ci yer, Fəxri Fərman və diplomlar. 20-dən çox qalib diplomları və fəxri fərmanlar.
04.12.08 – 07.12.08 Moskva şəhərində “21-ci yüzildə nəyi və necə öyrənməli və öyrətməli ” mövzusunda keçirilən elmi-praktik konfransda iştirak edib.
2009, sentyabr “Açıq Sinif” (Otkrıtıy klass) beynəlxalq İnternet təhsil saytında Şərəf lövhəsində yer almış….
2010-cu ildə “Açıq sinif” saytında (openclass.ru) Beynəlxalq QlobalLab İnternet layihəsinin beynəlxalq dərəcəli master-klass diplomuna layiq görülüb.
2010-cu ildə Təhsil Nazirliyi və “Microsoft Azərbaycan” şirkətinin birgə keçirdiyi “İnnovatıv müəllimlər” müsabiqəsində 2-ci yer tutub.
2010-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi “Elektron təhsil” Respublika müsabiqəsində “İKT-dən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli” və “Təhsildə İnternet texnologiyaları” nominasiyalarının hər birində 2-ci yer tutmuşdur.
2010-cu illər ərzində təhsildə və təlimdə apardığı işlərin nəticəsi olaraq Campus.ru beynəlxalq təhsil saytında mükafata – 1-ci dərəcəli medala layiq görülüb,
2010-cu il, “İntel: gələcək üçün təhsil” və Rusiyanın “Trans Telekom” şirkətlərinin birgə təşəbbüsü ilə fəaliyyət göstərən Letopisi.ru saytında “XXI əsrin müəllimləri” siyahısında yer alan yeganə Azərbaycan təmsilçisidir.
2011-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi “Elektron təhsil” Respublika müsabiqəsində “Təhsildə İnternet resursları” nominasiyası üzrə hazırladığı “http://www.biologiya.org” saytı 2-ci yeri tutmuşdur.
Həmmüəllifi olduğu dərslik və dərs vəsaitləri
2008-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan İnternet Forumu və Microsoft Azərbaycan təşkilatlarının birgə həyata keçirdiyi “İnternetdə uşaqların təhlükəsizliyi” layihəsi çərçivəsində dərc edilən eyni adlı kitabın Azərbaycan dilinə tərcüməsində və redaktə edilməsində iştirak etmişdir.
2009-2010: Biologiya fənn kurikulumu layihəsinin həmmüəllifi;
2010: 10-cu sinif “Ümumi biologiya” dərsliyinin metodiki cəhətdən işləyəni;
2010: 11-ci sinif “Ümumi biologiya” dərsliyinin metodiki cəhətdən işləyəni;
2010: 10-cu sinif “Ümumi biologiya” dərsliyinin həmmüəllifi;
2010: 11-ci sinif “Ümumi biologiya” dərsliyinin həmmüəllifi;
2011: 7-ci sinif “Zoologiya” dərsliyinin həmmüəllifi;
2011: 8-ci sinif “Zoologiya” dərsliyinin həmmüəllifi;
2011: “Biologiya lüğəti” Məktəbli kitabxanası, həmmüəllif.
İstinadlar
↑ Jump up to: 1,0 1,1 "Azərbaycan Respublikasının təhsil işçilərinə "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında"Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2010-cu il tarixli, 1132 nömrəli Sərəncamı. e-qanun.az (azərb.)
Jump up ↑ "2008/2009-cu tədris ilində keçirilmiş "Ən yaxşı müəllim" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında"Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2009-cu il tarixli, 461 nömrəli Sərəncamı. e-qanun.az (azərb.)
Yaratdığı müəllim və fənn saytı
Almaz Həsrət rəsmi saytı (azərb.)
Almaz Həsrətdən biologiya fənn saytı
mənbə:vikipedia.org




Tanınmış ixtioloqlar
Aleksandr Derjavin
Azərbaycanda ixtiologiya və hidrobiologiya elmlərinin əsasını qoymuş, görkəmli alim, Xəzər faunasının dərin bilicisi, Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya Institutunun, Azərbaycan Elmi-Tədqiqat Balıq Təsərrüfatı İnstitutunun  və Bakı Dövlət Universitetinin yaradılmasında böyük əmək sərf etmiş, Respublikanın əməkdar elm xadimi, MEA-nın həqiqi üzvü Aleksandr Nikolayeviç Derjavin 05.12.1878-ci il tarixində Kazan şəhərində müəllim ailəsində anadan olmuşdur. Orta təhsilini Kazan klassik gimnaziyasında almış, 1897-ci ildə Kazan Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuş və 1902-ci ildə bu universitetin təbiət elmləri şöbəsini birinci dərəcəli diplomla bitirmişdir. O, tələbəlik illərində Baykal gölündə yaşayan 12 növ xərçəngin təsvirini vermiş, naturadan rəngli şəkillərini çəkmiş və 1901-ci ildə nəşr etdirmişdir. Elə həmən il Baykal ekspedisiyasında iştirak etmiş A.N. Derjavin bir çox balıqların və onurğasız heyvanların naturadan rəngli şəkillərini çəkmiş və ayrıca albomda toplamışdır. 150-yə qədər rəngli şəkli birləşdirən bu albom 1907 - 1918-ci illərdə nəşr olunmuşdur.
Universiteti bitirdikdən sonra A.N. Derjavin 1902 - 1907-ci illərdə Kazan Universitetinin Zoologiya kafedrasında işləmişdir. 1902-ci ildə o, Ağ dənizin, o cümlədən, Oneqa və Kandalakş körfəzlərinin, habelə Barens dənizinin sahil sularında  yaşayan balıqlar və xərçənglər üzrə nümünələr toplamışdır. 1908 - 1910-cu illərdə A.N. Derjavin Rusiya Coğrafiya Cəmiyyətinin təşkil etdiyi Kamçatka ekspedisiya­sında iştirak etmiş, yarımadanın cənub hissəsinin çaylarında rast olunan balıqları tədqiq etmişdir. Ekspedisiya materialları əsasında A.N. Derjavin Berinq və Oxot dənizləri sahillərindəki göllərin və çayların dəniz mənşəli relikt faunasının təsvirini vermişdir. Bu tədqiqatlara görə A.N. Derjavin Rusiya Coğrafiya Cəmiyyətinin gümüş medalı ilə təltif olunmuşdur.
1910 - 1912-ci illərdə A.N. Derjavin Həştərxan ixtiologiya laboratoriyasında bioloq kimi fəaliyyət göstərmişdir. Bununla da Xəzərdə yaşayan balıqların və onurğasız heyvanların tədqiqində onun fəaliyyətinin birinci dövrü başlanır. Bu illərdə A.N. Derjavin bəzi vətəgə balıqlarının biologiyası və Volqa çayına miqrasiyası, külmə, çapaq və siyənək balıqlarının qidalanmasını tədqiq etmiş, Volqanın aşağı hissəsində relikt Xəzər faunası üzrə bir sıra əsərlər çap etdirmişdir. Bu dövrdə o, həmçinin Xəzər dənizi üçün yeni olan meduz növünün və qum xərçənglərinin yeni növlərinin təsvirini vermişdir.
1912-ci ildə A.N. Derjavin Bakıya gəlir və Xəzər dənizində fəaliyyətinin ikinci, daha uzun bir dövrü (1912 - 1927) başlanır. O, Əkinçilik Departamenti nəzdində Bakıda ixtioloji laboratoriyanın (indiki Azərbaycan Elmi - Tədqiqat Balıq Təsərrufatı İnsititutu) təşkil edir və onun ilk rəhbəri olur. Bu laboratoriyada Xəzərin balıq faunası üzrə hərtərəfli tədqiqatlar aparılır. A.N. Derjavin Bakı ixtioloji laboratoriyasına 15 il rəhbərlik etmiş və bu dövrdə Xəzər dənizində yaşayan nərə balıqlarının, Xəzər qızılbalığının biologiyası sahəsində geniş tədqiqatlar aparmışdır. Bununla belə A.N. Derjavin Kür hövzəsində stasionar məntəqələr yaradır, nərə, uzunburun, qızılbalıq və kütüm kimi qiymətli balıqların süni yolla artırılmasını təşkil edir. Mingəçevir, Qaradonlu, Bankə, eləcə də Samur və Sulak çaylarında balıqartırma zavodlarının və məntəqələrinin yaranması A.N. Derjavinin təşkilatçılıq qabiliyyətinin nəticəsi olmuşdur. O, nərə balıqlarının kürülərini lil ilə qabaqcadan yumaqla mayalandırma və Ses-Qrin aparatında mayalanmış kürülərin inkubasiya metodlarını işləyib hazırlamışdır. Beləliklə A.N. Derjavin nərə balıqlarının kürüsünün yapışqanlı səthdən təmizlənməsi metodunun və bu yolla onların süni artırılmasının əsasını qoymuşdur.
A.N.Derjavinin ilk və qeyri-adi planda tədqiq etdiyi balıq növü Kür uzunburun balığı olmuşdur. Müəllifin bu sahədə apardığı tədqiqat işləri 1922-ci ildə çapdan çıxmış «Uzunburun» («Sevryuqa») monoqrafiyasında öz əksini tarmışdır. Müəllifə dunya şöhrəti gətirən və klassik əsərlər sırasına daxil olmuş bu monoqrafiyada küləyin istiqamətinin dəyişilməsi ilə balıqların Kür çayına daxil olma dinamikası arasında əlaqə, nərə balıqlarının Kür çayına daxil olan zaman çayın yatağında yayılması, suyun səviyyəsindən, axının sürətindən, balıqların cinsindən və yaşından asılı olaraq onların kürütökmə  yerlərinə qalxma tezliyi aydınlaşdırılmışdır. A.N. Derjavin Xəzər dənizində uzunburun və nərənin dənizdə miqrasiyasını öyrənmiş və bu işdə ilk dəfə olaraq kütləvi nişanlama usulundan istsfadə etmişdir. Eyni zamanda nərə balıqlarının ehtiyatını hesablamaq üçün orjinal metod işləyib hazırlamışdır və bu metod indi də öz əhəmiyyətini itirməmişdir. Təsadüfi deyil 1961-ci ildə keçmiş SSRI Elmlər Akademiyası tərəfindən bu əsər təkrar nəşr olunmuşdur.
1919-cu ildə A.N. Derjavin Bakı Universitetinin yaradılmasında və orada Zoologiya kafedrasının təşkilində yaxından iştirak etmişdir. 1922-1929-cu illərdə balıqartırmanın Fars-Qafqaz şöbəsinin müdiri olmuş, Iranın Səfidrud çayında nərələrin artırılmasını təşkil etmiş və Şimali Iranın su hövzələrinin balıq faunasını tədqiq etmişdir. 1927-ci ildə A.N. Derjavin Türkmənistanda Həsənqulu körfəzinin, Murqab, Atrek və Amu-Dərya çaylarının balıq faunasını öyrənmişdir. 1922-ci ildə Rusiyanın Baş Balıqçılıq Idarəsinin Moskvadakı iclasında A.N. Derjavin Xəzər qızılbalığının, Səfidrud və Sulak çaylarında nərəkimilərin artırılmasına dair təkliflə 3 saatlıq maraqlı mərüzə etmişdir.
1927-1931-ci illərdə A.N.Derjavin Sakit Okean Elmi-tədqiqat Balıqçılıq Təsərrüfatı Laboratoriyasının müdiri işləmişdir. O, Uzaq Şərq dənizlərində keta və syomqa, habelə Kamçatka yengəcinin və dəniz pişiyinin biologiyasını öyrənmişdir. O, Kamçatka, Saxalin, Amur, Ussuriya və Yapon dənizi sahilləri boyu ekspedisiyaya çıxmış və balıqlar üzrə zəngin material torlamışdır. 1930-cu ildə A.N. Derjavin Uzaq Şərq Balıq Sənayesi Institutunda vətəgə onurğasızları kafedrasının professoru olmuşdur.
1932-ci ildə A.N.Derjavin yenidən Bakıya qayıdır və burada ömrünün sonuna qədər, yəni 31 il fəaliyyət göstərir. O, Bakı Ixtioloji laboratoriyasına rəhbərlik etməklə bərabər, Azərbaycan Elmlər Akademiyasında Zoologiya sektorunun su heyvanları şöbəsinin müdiri işləyir. 1936-cı ildə A.N. Derjavin Kür balıqçılıq stansiyasına müdir təyin edilir. Öz təşəbüsü ilə tikilmiş bu stansiyada o, öz ideyaları əsasında nərə balıqlarının süni yolla artırılmasının biotexnologiyasını, məşhur ekoloji metodunu hazırlayır. 1938-ci ildə SSRI Ali Attestasiya Komisiyası dissertasiya müdafiə etmədən A.N. Derjavinə biologiya elmləri doktoru elmi dərəcəsi və professor adı verir.
A.N.Derjavin 1940-cı ildən bütün fəaliyyətini Azərbaycan Elmlər Akademiyası Zoologiya Institutunun su heyvanları şöbəsindəki tədqiqatlara yönəldir. Zoologiya Institutunda işləyərkən A.N. Derjavin nərə balıqları və qızıl balığın ehtiyatlarının artırılması, habelə Mingəçevir su qovşağının tikintisilə əlaqədar balıqçılıq təsərrüfatının lahiyələşdirilməsi üzrə elmi əsaslar hazırlamışdır. Bu əsaslar üzrə Azərbaycanda dörd nərə balıq artırma zavodu, iki qızılbalıq zavodu və üç balıqartırma təsərrüfatı tikilmişdir. Bu dövrlərdə A.N. Derjavin «Xəzər qızıl balığı ehtiyatlarının bərpası» (1941), «Nərə balıqları ehtiyatlarının bərpası» (1947), «Azərbaycanın şirinsu balıqları» (1949) monoqrafiyalarını nəşr etdirmişdir. 1956-cı ildə isə alim «Kürün balıq təsərrüfatı» adlı 35 çap vərəqi həcmində kitab nəşr etdirmişdir. Əsərdə Kür çayının, Kürətrafı göllərin və çayların XX əsrin əvvəlindəki təbii vəziyyəti (hidroloji, hidrobioloji, ekoloji və s.), sonrakı 50 ildə baş verəcək dəyişikliklər və Kürün balıq təsərrüfatının yenidən qurulmasına dair bu gün də öz əhəmiyyətini itirməyən elmi mülahizələr öz əksini tapmışdır. Bu əsər haqqında o zaman yazılmış  bir elmi rəydə qeyd olunmuşdur ki, belə bir əsər heç bir alim tərəfindən nə SSRI məkanında, nə də xarici ölkələrdə yazılmamışdır. «Azərbaycanın heyvanat aləmi» (1951) kitabında A.N. Derjavin Xəzər dənizi və Azərbaycanın şirin suları faunasının əmələ gəlmə tarixi, balıqlar, molyuskalar, briozoylar, xərçənglər, qurdlar, bağırsaqboşluqlular və süngərlər haqqında 16 məqalə nəşr etdirmişdir. Həyatının yarısını, elmi-pedoqoji fəaliyyətinin çox hissəsini Azərbaycanla bağlayan A.N. Derjavin 200-dən artıq elmi əsər yazmış və çap etdirmişdir.
A.N.Derjavin elmi tədqiqatla yanaşı pedoqoji fəaliyyətlə də məşğul idi. O, Bakı Dövlət Universitetində zoologiya və ixtiologiya üzrə mühazirələr oxumuş, olduqca maraqlı və məzmunlu mühazirələri ilə tələbələrdə ixtiologiya elminə maraq oyatmışdır. Bütün bunlarla yanaşı, akademik A.N. Derjavin kadrlara xüsusilə gənclərə qarşı yüksək tələbkarlığı, qayğıkeşliyi və s. kimi insani keyfiyyətləri ilə də fərqlənirdi. A.N.Derjavinin rəhbərliyi altında 10-dan çox doktorluq və namizədlik dissertasiyaları müdafiə edilmişdir (H. Abbasov, M. Salmanov, Z. Quliyev, Q. Pyatakova və b.). Səmərəli elmi fəaliyyətinə görə alimə 1954-cü ildə «Əməkdar elm xadimi» fəxri adı verilmiş, «Qırmızı əmək bayrağı», «Şərəf nişanı» ordenləri və medallarla təltif olunmuşdur. 1955-ci ildə o, Azərbaycan EA-nın həqiqi üzvü seçilmişdir. 1963-gü il sentuabr ayının 17-də ağır xəstəlikdən sonra 85 yaşında vəfat etmişdir.
A.N.Derjavini ən çox narahat edən Kürün balıq təsərrüfatında baş verə biləcək dəyişikliklər idi. O, bu cün Kür çayında yaranmış vəziyyəti elə bil 50 - 60 il bundan qabaq görürdü. Bir dəfə söhbətində dedi ki, Mingəçevir bəndinin tikilməsilə Kürün balıq təsərrüfatına elə bir zərbə endirildi ki, o, bir daha özünə gəlməyəcəkdir. Hələ bu harasıdır - dedi, yaxın gələcəkdə suvarılan sahələrin genişləndirilməsilə əlaqədar Kürün suyundan suvarma üçün istifadə olunması onun balıq təsərrüfatını daha da çətin vəziyyətə salacaq. Yeganə çıxış yolu suni balıqartırma şəbəkələrini genişləndirməkdən ibarətdir. A.N. Derjavinin ömrünün son illərdəki fəaliyyəti əsasən bu istiqamətə yönəlmişdi.

Yusif Əbdürrəhmanov

Azərbaycanın görkəmli alimi, zoologiya-ixtiologiya elmləri sahəsində məşhur mütəxəssis AMEA-nın müxbir üzvü Yusif Ələkbər oğlu Əbdürrəhmanov 1912-ci il may ayının 18-də Şəki şəhərində anadan olmuşdur. Gənc yaşlarında valideyinlərini itirən Yusif Əbdürrəhmanov ibtidai təhsilini Şəkidəki nümunə-zəhmət məktəbində almış və 1925-ci ildə orada pedaqoji texnikuma daxil olmuşdur. Texnikumu bitirdikdən sonra 4 il kənd müəllim, kolxoz gənclər məktəbində müəllim və tədris hissə müdiri vəzifəsində işləmişdir.
Y.Ə. Əbdürrəhmanov 1934-cü ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinə daxil olmuşdur. Universitetdə tələbə ikən 2 il müddətində SSRİ EA Zaqafqaziya filialı Azərbaycan şöbəsinin Zoologiya İnstitutunda laborant vəzifəsində işləmiş və eyni zamanda Bakı şəhəri mərkəzi pionerlər evinin gənc təbiətçilər dərnəyinə rəhbərlik etmişdir.
Y.Ə. Əbdürrəhmanovun müstəsna bacarığı və elmə olan hədsiz həvəsi Universitetin məşhur professorlarından olan Elpatevskinin və digər müəllimlərin diqqətindən yayınmadı və 1939-cu ildə Universiteti fərqlənmə diplomu ilə bitirərək onurğalılar zoologiyası kafedrasında müəllim saxlanıldı. Onu da qeyd etmək lazımdır ki, Y.Ə. Əbdürrəhmanov Universitetin ilk məzunlarından olmaq etibarilə 1 №-li diplomun sahibi olmuşdur. 1940-cı ildə O, kafedrada işləməklə bərabər, SSRİ EA Azərbaycan filialının Zoologiya İnstitutunda “İxtiologiya” ixtisası üzrə aspiranturaya daxil olmuşdur.
Lakin İkinci Dunya müharibəsinin başlanması Y.Ə. Əbdürrəhmanova da öz elmi axtarışlarını davam etdirməyə imkan vermədi. Müharibənin ilk günlərində milyonlarla sovet adamı kimi Y.Ə. Əbdürrəhmanov da öz doğma vətəninin müdafiəsinə qalxdı və 1943-cü ilədək Xəzər hərbi dəniz donanmasının gəmilərində radist vəzifəsində xidmət etmişdir. Ordu sıralarından qayıtdıqdan sonra Y.Ə. Əbdürrəhmanov ağır müharibə illərinə, ciddi maddi və texniki çətinliklərə baxmayaraq yenidən elmi axtarışlara başladı və 1945-ci ilin iyul ayında biologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün “Xəzər şirbitinin biologiyası” mövzusunda dissertasiya işini müdafiə etdi və Azərbaycan SSR EA Zoologiya İnstitutunun su heyvanları şöbəsində baş elmi işçi vəzifəsinə qəbul edildi. Bu şöbəyə o zaman görkəmli alim, Azərbaycanın balıq faunasının öyrənilməsində və balıqçılıq təsərrüfatının inkişafında əvəzsiz xidmətləri olmuş akademik A.N. Derjavin rəhbərlik edirdi.
A.N. Derjavinlə birgə işləmək Y.Ə. Əbdürrəhmanovun elmi fəaliyyətində böyük dönüş yaratmışdır və qısa müddətdə o, özünü mühüm elmi problemləri müstəqil həll etməyə qadir olan bir alim kimi tanıtmışdır. Elə buna görə də İnstitutun su heyvanları şöbəsinin əsasında yaradılmış olan ixtiologiya laboratoriyasına rəhbərlik etmək Y.Ə. Əbdürrəhmanova tapşırılmışdır. O, 1952-ci ildən ömrünün sonuna kimi (1977) ixtiologiya laboratoriyasının müdiri işləmişdir.
Y.Ə. Əbdürrəhmanov 1945-54 cü illərdə eyni zamanda Azərbaycan Dövlət Universitetində “Biologiya” fakültəsində ixtiologiya, balıqların ekologiyası, paleozoologiya fənnlərindən mühazirələr oxumuş, tələbələrin diplom işlərinə rəhbərlik etmişdir. Həmçinin ali və orta məktəblər üçün zoologiya dərsliklərinin yazılmasımda və Azərbaycan dilinə tərcümə edilməsində yaxından iştirak etmişdir.
1960-cı ildə Y.Ə. Əbdürrəhmanov biologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün “Azərbaycanın şirin su balıqları” mövzusunda dissertasiya işini müdafiə etmişdir. 1965-ci ildə ona ixtiologiya ixtisası üzrə professor elmi adı verilmiş, 1968-ci ildən isə Azərbaycan SSR EA müxbir üzvü seçilmişdir.
Bütün elmi-pedoqoji fəaliyyəti ərzində Y.Ə. Əbdürrəhmanov Azərbaycanın və keçmiş SSRİ-nin müxtəlif nəşriyyatlarında, habelə xarıcdə nəşr olunan jurnallarda 100-dən çox elmi əsər çap etdirmişdir. O, 6 monoqrafiyanın müəllifidir.
“Azərbaycan balıqları” (1955) monoqrafiyasında Y.Ə. Əbdürrəhmanov Respublika sularında yayılmış balıqlar haqqında mövcud məlumatlari dərindən tədqiq etmiş və ümumiləşdirmişdir. Ixtiologiya sahəsində Azərbaycan dilində yazılmış ilk əsər olan monoqrafiya eyni zamanda ali məktəb tələbələri üçün Azərbaycan balıqlarının sistematikası və biologiyasına dair qiymətli tədris vasitəsi olmuşdur.
“Azərbaycanın şirin su balıqları” (1962) əsərində Y.Ə. Əbdürrəhmanov Azərbaycanın müxtəlif çaylarının, göllərinin və su anbarlarının balıqlarını öyrənmək sahəsindəki çoxillik tədqiqatları yekunlaşdırılmış, əsərdə ixtioloji tədqiqatların tarixi icmalı, Azərbaycanın şirin sularında yaşayan bütün balıqların morfoloji və ekoloji xarakteristikası verilmişdir. Bu kitab, xüsusilə Azərbaycan zooloqları, balıqçılıq təsərrüfatlarının işçiləri üçün olduqca əhəmiyyətlidir. Daxili su hövzələrinin balıq sərvətindən daha səmərəli istifadə etmək, çay, göl və su anbarlarının balıq məhsuldarlığını artırmaq üçün kitabda son dərəcə qiymətli məlumatlar vardır.
Y.Ə. Əbdürrəhmanovun “Azərbaycan faunası” (VII cild) seriyasından olan “Balıqlar” (1966) kitabında Azərbaycanın şirin sularında və Xəzərin Azərbaycan sektorunda yaşayan 95 növ və yarımnöv balığın təsnifat qaydası ilə morfologiyası, yayılması, həyat tərzi və təsərrüfat əhəmiyyətinə dair yeni məlumatlar verilir. Bu kitab da müvafiq ali məktəb tələbələrinin, elmi işçilərin, orta məktəb müəllimlərinin faydalandığı stolüstü kitablardandır.
Y.Ə. Əbdürrəhmanovun adları çəkilən əsəsrləri eyni zamanda ünumbioloji əhəmiyyət daşıyır. Bu əsərlər haqqında mərkəzi jurnallarda, xarıcı mətbuat səhifələrində dərc olunmuş rəylər, o cümlədən Azərbaycan SSR EA Zoologiya İnstitutunun müdiriyyəti tərəfindən həmin əsərlər üçün müəllifə verilən xüsusi mükafatlar bunların yüksək elmi əhəmiyyətini bir daha sübut edir.
Y.Ə. Əbdürrəhmanov digər elmi əsərlərini Respublikanın müxtəlif su hövzələrinin balıq faunasının öyrənilməsinə, su anbarlarının balıqçılıq təsərrüfatlarında istifadə olunmasına, ayrı-ayrı növlərin təsnifat yerinin dəqiqləşdirilməsinə, yeni növlərin və hibrid formalarının təsvirinə həsr etmişdir.
Bu məqsədlə Y.Ə. Əbdürrəhmanov uzun illər ərzində Respublikanın müxtəlif rayonlarına saysız-hesabsız ekspedisiyalar təşkil etmişdir. Bundan əlavə, balıqların miqrasiyasını, kürü tökməsini, körpələrin böyüməsini və inkişafını izləmək üçün balıq vətəgələrində və zavodlarında müntəzəm müşahidələr aparmışdır.
Y.Ə. Əbdürrəhmanov ixtiologiya laboratoriyasının müdiri olduğu 25 il ərzində özünü elmi-tədqiqat işlərinin bacarıqlı təşkilatçısı kimi göstərmiş və Respublikamızın daxili su hövzələrinin, Xəzər dənizinin balıq faunasının və ehtiyatının tədqiqi sahəsində elmi məktəbin formalaşmasına səbəb olmuşdur. Onun rəhbərliyi altında bir sıra mühüm elmi və təcrübi balıqçılıq təsərrüfatı əhəmiyyəti olan mövzular işlənmişdir. Laboratoriyanın fəaliyyəti balıqçılıq təsərrüfatı idarələrinin işi ilə sıx sürətdə bağlıdır. Bir sıra elmi-tədqiqat işlərinin nəticəsi müvafiq əməli təkliflərlə balıqçılıq təsərrüfatı idarələrinə istifadə üçün verilmişdir. Y.Ə. Əbdürrəhmanov və digər ixtioloqlar tərəfindən aparılmış ixtioloji tədqiqatlara əsasən demək olar ki, Azərbaycanın heyvanlar aləmi içərisində balıqlar ən yaxşı öyrənilmiş heyvan qruplarındandır.
Y.Ə. Əbdürrəhmanov Mingəçevir su anbarının biologiyası loboratoriyasının ilk yaradıcılarından biridir. Onun və Azərbaycan SSR EA Zoologiya İnstitutunun digər ixtioloqlarının apardiqları tədqiqatlar sayəsində Mingəçevir su anbarı Respublikanın yaxşı öyrənilmiş su hövzələrindən hesab olunur. Y.Ə. Əbdürrəhmanovun elmi fəaliyyəti Respublikamızda zooloji tədqiqatların inkişafına, Azərbaycan dilində zooloji ədəbiyyatın, dərsliklərin yaranmasına əhəmiyyətli dərəcədə kömək etmişdir. O, “Zoologiya terminləri lüğəti”nin (1961) müəlliflərindən biridir. “Azərbaycan dilinin izahlı lüğəti”nə (1965) daxil olan zooloji terminlərin izahını vermişdir. Azərbaycan Sovet Ensiklopediyasının ayrı-ayrı cildlərinə daxil edilmiş bir sıra məqalələrin müəllifidir. O, eyni zamanda həmin ensklopediyanın bütün cildlərinə daxil olan zoologiya üzrə sözlərin müəllifidir. Y.Ə. Əbdürrəhmanov geniş kütlə arasında elmi biliklərin fəal təbliğatçılarından biri olmuşdur. O, 4 elmi-kütləvi kitabçanın, təbiətin və balıq sərvətlərinin qorunmasına dair çoxlu qəzet məqalələrinin müəllifidir.
Elmi-kütləvi kitabçalar içərisində onun P.A. Qayıbova və H.S. Abbasovla birgə yazdığı “Bizim balıqlar” (1955) adlı kitabçası xüsusilə qiymətlidir. Azərbaycan təbiəti mühafizə cəmiyyəti mərkəzi şurasının rəyasət heyyəti Y.Ə. Əbdürrəhmanovu 1971-ci ildə “Təbiəti mühafizəyə həsr olunmuş ən yaxşı mühazirələrin mətinin tərtib etmək” üzrə I Respublika müsabiqəsində I dərəcəli diplomla mukafatlandırmışdır. O, elmi biliklərin kütlə arasında yayılmasında fəal iştirakına görə Respublika “Bilik” cəmiyyəti tərəfindən dəfələrlə təşəkkürnamələr almışdır.
Y.Ə. Əbdürrəhmanov Moskva, Leninqrad, Kiyev, Bakı və s. şəhərlərdə keçirilən ümumittifaq konfranslarında, elmi sesiyalarda müntəzəm olaraq mərüzələrlə çıxış etmişdir. Onun rəhbərliyi altinda 15-dən çox namizədlik dissertasiyası müdafiə edilmişdir. O, bir neçə doktorluq dissertasiyasının elmi məsləhətçisi olmuşdur. Bundan əlavə onun elmi məsləhəti və köməkliyi ilə 7 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir. Y.Ə. Əbdürrəhmanov habelə Respublikada çap olunan bir sıra elmi əsərlərin, monoqrafiyaların hazırlanmasında və redaktə edilməsində yaxından iştirak etmişdir.
Azərbaycan SSR EA Zoologiya İnstitutunun redaksiya heyyətinin üzvü olmaq etibarilə o, hidrobiologiya və ixtiologiya üzrə tematik məcmüələri, “Azərbaycan faunası” seriyasından olan cildləri redaktə etmişdir. Bundan əlavə bir çox dərsliklərin, tədris vəsaitlərinin, elmi məqalələrin, kitabçaların redaktoru olmuşdur. Y.Ə. Əbdürrəhmanov akademik S.M. Əsədovla birlikdə ali və orta məktəblər üçün zoologiya dərsliklərini Azərbaycan dilinə tərcümə etmişdir.
Beynəlxalq miqyasda tanınmış alimlərdən olan Y.Ə. Əbdürrəhmanov Azərbaycanda və onun hüdudlarından kənarda böyük elmi-ictimai iş aparmışdır. Belə ki, o, Azərbaycan SSR EA Biologiya elmləri bölməsinin birləşmiş elmi şurasının, Zoologiya İnstitutunun, Azərbaycan Dövlət Universitetinin elmi şuralarının üzvü, “Heyvanlar aləminin bərpası və mühafizəsi” problemi üzrə elmi şuranın sədr müavini, “Xəzər dənizinin kompleks surətdə öyrənilməsi” problemi üzrə elmi şuranın, “Hidrobiologiya, İxtiologiya və Su hövzələrinin bioloji sərvətlərindən istifadə olunması” problemi üzrə elmi şuranın, SSRİ Balıq Təsəttüfatı Nazirliyi ixtioloji komissiyasının plenum üzvü və Ümumittifaq Hidrobiologiya cəmiyyətinin mərkəzi şurasının, Azərbaycan Sovet Ensiklopediyası biologija və kənd təsərrüfatı bölməsi şurasının üzvü olmuşdur. Professor Y.Ə. Əbdürrəhmanov “Şərəf Nişanı” ordeni və 4 medalla təltif edilmişdir.
Y.Ə. Əbdürrəhmanov 1977-ci ildə 65 yaşında vəfat etmişdir. 

Ədil  Əlizadə
 Respublikamızın ilk milli hidrobioloqudur. Tədqiqatları XX əsrin 30 – 50-ci illəri əhatə edir. Ə.Əlizadə 1935-ci ildən 1951-ci ilədək Azərbaycan SSR EA Zoologiya İnstitutunun direktoru olmuşdur. O, təşkilatı işlərlə yanaşı respublikamızın bır sıra su hövzələrinin hidrofaunası üzrə də geniş tədqiqat işləri aparmışdır. Onun 1934 – 1946-cı illərdə apardığı tədqiqat işləri xüsusi diqqət çəkir. Bu dövrlərdə Ə.Əlizadə bir sıra su hövzələrinin zooplanktonunu öyrənir. O, əsas diqqətini yüksək dağlıq zonalarda yerləşən su tutarlarının faunasının tədqiqinə vermişdir. Ə.Əlizadə əsasən Böyük Qafqaz dağlarının şərq yamaclarındakı göllərin zooplanktonunu, Naxçıvan MR-nın və Abşeron yarımadasının su hövzələrinin və eləcə də Hacıqabul gölünün zooplanktonunu tədqiq edərək planktonik heyvanların yüksəkliklər üzrə şaquli yayılmaları haqqında qiymətli məlumatlar əldə etmişdir. Bu məlumatlar indi də öz aktuallığını itirməmişdir.
Ə.Əlizadənin apardığı tədqiqatların nəticələri “Azərbaycanın yüksək dağlıq zonası su hövzələrinin faunası” («Фауна высокогорных водоемов Азербайджана», 1946) kitabında ümumiləşdirilmişdir. Ə.Əlizadə “Azərbaycanın heyvanlar aləmi” (1951) fundamental kitabın redaktorlarından biri olmaqla yanaşı, kitabda rotatorilər, qəlsəməyaqlılar, kürəkayaqlılar, karpyeyənlər və molyuskalar kimi onurğasız heyvan qrupları haqqında olan məlumatların da müəllifi olmuşdur. 
  
Əbdül Qasımov
(1929 - 2005) 
Azərbaycan MEA-nın müxbir üzvü (1980), Əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor Əbdül Hüseynəli oğlu Qasımov hidrobioloq – zooloq, SSRİ məkanında və digər ölkələrdə tanınan tədqiqatçı alim olmuşdur. Onun bütün həyatı Zoologiya İnstitutu ilə bağlı olmuşdur. O, elmi işçi vəzifəsindən Azərbaycan MEA müxbir üzvü və Zoologiya institutu Xəzər bioloji stansiyasının, indiki Su heyvanlarının biologiyası şöbəsinin müdiri vəzifəsinə qədər yüksəlmişdir. Ə.H.Qasımov Hidrobiologiya laboratoriyasına 45 ilə qədər rəhbərlik etmişdir.
 Ə.H.Qasımov Polşa, ABŞ, Yaponiya, Yunanıstanda və b. ölkələrdə keçirilən Beynəlxalq konqreslərdə və digər elmi məclislərdə məruzələrlə çaxış etmişdir. Onun bir sıra elmi işi xarici ölkələrin mötəbər elmi nəşrlərində işıq üzü görmüşdür. O, SSRİ məkanında Ümumittifaq hidrobioloqlar Cəmiyyətinin rəyasət heyətinin üzvü, Azərbaycan hidribioloqlar cəmiyyətinin sədri, "İnsan və biosfer" proqramı üzrə Respublika komitəsi sədrinin müavini, Azərbaycan EA "Xəbərlər", "Azərbaycan təbiəti" jurnallarının və ASE-nin redaksiya heyətinin üzvü olmuşdur. Bundan başqa o, "Su hövzələrinin bioloji ehtiyatları, onlardan səmərəli istifadə edilməsi və mühafizəsi" üzrə SSRİ EA elmi şurasının üzvü idi. Uzun müddət o, eyni zamanda, Azərbaycanın "Xəzər" və "Biosfer" proqramları üzrə elmi şuranın üzvü olmuşdur.
Ə.H.Qasımov 1982-ci ildə elmi – tədqiqat "Elm" gəmisində Sakit və Hind okeanlarının, eləcə də Aralıq dənizinin heyvanlar aləminin öyrənilməsi üzrə təşkil etdiyi ekspedisiyaya rəhbərlik etmişdir. Xabarovskda inşa edilmiş "Elm" gəmisini Xəzər dənizinə gətirmişdir.
O, Xəzər dənizinin və Qafqazın şirin su hövzələrində formalaşan faunanın növ tərkibini, biologiyasını, ekologiyasını, zoocoğrafi yayılmasını və Qafqazın şirin su heyvanalarının mənşəyini hərtərəfli tədqiq etmişdir. Onun fundamental tədqiqatları, əsasən, su hövzələrindən balıqçılıqda istifadə edilməsinə, suların və balıq ehtiyatının mühafizəsinə, göllərdə və su anbarlarında balıq ehtiyatının bərpasına, artırılmasına və səmərəli istifadəsinə yönəlmişdir. Ə.H.Qasımov hələ keçən əsrin 60-cı illərində Mingəçevir və Varvara su anbarlarına mizid və yanüzən xərçənglərini köçürmüşdür. Hazırda həmin orqanizmlər su anbarlarında artıb çoxalaraq, vətəgə əhəmiyyətli balıqların qidasında mühüm rol oynayır. Ə.H.Qasımov 1929-cu il mart ayının 5-də Azərbaycan Respublikasının Lənkəran rayonu Kənarmeşə kəndində anadan olmuşdur. 1946-cı ildə həmin rayonun Xolmili kənd orta məktəbini bitirmiş və 1946 – 1950-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunda təhsil almışdır.
Ə.H.Qasımov Azərbaycan Pedaqoji İnstitutunun tələbəsi kimi öz diplom işinin Azərbaycanın Lənkəran rayonu su hövzələrinin iynəcə sürfələrinin tədqiqinə həsr etmişdir. 1950-ci ildə Pedaqoji İnstitutu bitirən Ə.H.Qasımov həmin il Azərbaycan SSR EA Zoologiya İnstitutunda aspiranturaya daxil olub, Leninqrada (indiki Sankt-Peterburq), SSRİ EA Zoologiya İnstitutuna göndərilir. Burada o, görkəmli Sovet hidrobioloqu, professor V.İ.Jadinin rəhbərliyi altında Krasnodar vilayətində Şəmayi – qarasol balıqyetişdirmə təsərrüfatı göllərinin hidrobioloji rejiminin tədqiqinə başlayır. 1954-cü ilin oktyabr ayında Ə.H.Qasımov "Keçici balıqların ehtiyatının bərpası problemlərilə əlaqədar şəmayi – qarasol balıq yetişdirilən göllərin hidrobioloji rejiminin öyrənilməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edir.
Azərbaycan SSR EA Zoologiya İnstitutunun hidrobiologiya laboratoriyasında kiçik elmi işçi (1954) vəzifəsində müstəqil elmi fəaliyyətə - Mingəçevir su anbarının dib orqanizmlərini öyrənməyə başlayır. 1956-cı ildən institutda baş elmi işçi vəzifəsinə seçilir və elə o vaxtdan o, Azərbaycanın yüksək dağlıq zonasındakı gölləri, Kür çayının aşağı axarını və bir sıra başqa su hövzələrinin faunalarının tədqiqi ilə məşğul olur. Sonralar o, Quba – Xaçmaz zonasının çaylarında, Kür çayının Borjomidən Mingəçevir su anbarına qədər olan orta axarında, Şəki – Zaqatala rayonlarının, Gürcüstanın, Krasnodar vilayətinin, Şimali Osetiyanın, Stavropol vilayətinin, Qabardin – Balkar, Çeçen – İnquş və Dağıstan MR-in bir sıra su hövzələrində hidrobiontların növ tərkibini və miqdarca inkişafını tədqiq edir.
1963-cü ildə Ə.H.Qasımov M.V.Lomonosov adına MDU-nun elmi şurasında "Aşağı Kürün və Mingəçevir su anbarının hidrofaunası" mövzusunda doktorluq dissertasiyası müdafiə edir. 1969-cu ildə SSRİ Ali Attestasiya Komissiyası ona professor elmi adını verir. XX əsrin 70-ci illərinə qədər apardığı tədqiqatların nəticələri "Aşağı Kürün və Mingəçevir su anbarının hidrofaunası" (1965) və "Qafqazın şirin su faunası" (1972) monoqrafiyalarının meydana çıxmasına səbəb olur. Son monoqrafiyada müəllifin çoxillik tədqiqatları əsasında Qafqazın başlıca su hövzələrinin hidrobioloji və ixtioloji xarakteristikalarını verməklə yanaşı, ilk dəfə olaraq Qafqazın şirin su faunasının növ tərkibi və onların su hövzələri üzrə yayılmaları, zoocoğrafi analizi, mənşəyi haqqında da qiymətli məlumatlar verir. Ə.H.Qasımovun bu monoqrafiyası bu gün də Qafqazın şirin su heyvanları aləminə həsr olunmuş yeganə elmi ədəbiyyat, balıqçılıq təsərrüfatı işçiləri üçün qiymətli vəsait və faunist tədqiqatçıların stolüstü kitabı hesab olunur.
Ə.H.Qasımov 1959-cu ildən başlayaraq, Xəzər dənizinin faunasını və onun bioloji məhsuldarlığını fasiləsiz öyrənməyə başlayır. Xəzər dənizinin səviyyəsinin enməsi və onun sularının sənaye tullantıları ilə çirklənməsi şəraitində Ə.H.Qasımovun rəhbərliyi və bilavasitə iştirakı ilə dənizin bioloji rejimi hərtərəfli tədqiq olunur. Bu tədqiqatların nəticələri "Xəzərin müasir biologiyası" (1983), "Xəzər dənizinin heyvanat aləmi" (1987) və "Xəzər dənizi" (1987) kimi monoqrafiyalarında öz əksini tapmışdır. Ə.H.Qasımov 60-cı illərdə Şimali Qafqazda SSRİ EA Gölşünaslıq İnstitutunun əməkdaşları ilə birlikdə Kuma çayı hövzəsində yerləşən bir sıra su tutarlarını və həmçinin "Otkaznı" su anbarının hidrobioloji rejimini də öyrənmişdir. Bu tədqiqatların nəticələri "Otkaznı su anbarı" (1973) və "Kuma çayı hövzəsinin kaskad süni gölləri" (1975) monoqrafiyalarında öz əksini tapmışdır.
Ə.H.Qasımovun elmi fəaliyyətinin sonrakı onilliyi Azərbaycan sularının Xərçənglər və Rotatorilər faunasına həsr olunmuşdur. Bu iki çoxsaylı növlərə malik qrupların ümumiləşdirilməsi Ə.H.Qasımov tərəfindən qələmə alınan və Azərbaycan faunası seriyasından olan iki monoqrafiyada – "Xərçəngkimilər" (1976) və "Rotatorilər" (1984) kitablarında öz əksini tapmışdır. Bu iki kitabda Azərbaycanın şirin sularında və Xəzərin Azərbaycan sahilləri sularında xərçəngkimilər və rotatorilərin növ tərkibi, morfologiyası, bioloji xüsusiyyətləri və yayılması hərtərəfli işıqlandırılır. 1982-ci ildə elmi tədqiqat "Elm" gəmisi ilə təşkil etdiyi ekspedisiyada Ə.H.Qasımov, Sakit və Hind okeanlarının və eləcə də Aralıq dənizinin bioloji rejimini tədqiq edir. O, topladığı materiallar əsasında "Sakit və Hind okeanlarının həyatı" adlı kitabını yazır və 1987-ci ildə onu nəşr etdirir. 90-cı illərdə Ə.H.Qasımov Kür çayı üzərində tikilmiş yeni su anbarlarının və Xəzər dənizinin səviyyəsinin qalxması ilə əlaqədar olaraq onların bioloji rejimlərini tədqiq etməyə başlamışlar. Bu tədqiqat işlərində əsas məqsəd Azərbaycanın su tutarlarının və Xəzər dənizinin balıq ehtiyatının və balıqların qida mənbəyinin artırılması işlərində daha səmərəli metodların işlənib hazırlanmasına yönəldilmişdir.
Bütün bunlardan başqa onun A.R.Əliyevlə birlikdə işləyib hazırladığı "Bioloji tövsiyələr" üzrə olan təkliflər hazırda da Respublikamızın göl və su anbarlarına bitkilərlə qidalanan ağ amur və qalınalın balıqları buraxılır. Ə.H.Qasımov tərəfindən 1988 – 2005-ci dövrü üçün Azərbaycanın şirin su tutarlarında balıqçılıq təsərrüfatlarının inkişafı sxemi və eləcə də Azərbaycanda 2005-ci ilə qədərki dövrdə süni göl – balıqçılıq təsərrüfatlarının Respublikada yerləşməsi və inkişafı xəritəsi tərtib edilmişdir. Son illər Ə.H.Qasımov Cənubi və Orta Xəzərin biologiyasına, xüsusilə orada üstünlük təşkil edən növlərin biologiyasının və ekologiyasının öyrənilməsinə, ayrı – ayrı biosenozlarda energetik proseslərə və eləcə də dəniz suyunun neftdən təmizlənməsində canlıların roluna xüsusi əhəmiyyət verirdi. Ə.H.Qasımov milli elmi kadrların hazırlanmasına da xüsusi fikir verirdi. Belə ki, onun rəhbərliyi və məsləhəti ilə hidrobiologiyanın müxtəlif sahələri üzrə 5 doktorluq və 22 namizədlik dissertasiyaları hazırlanmış və uğurla müdafiə olunmuşdur. Ə.H.Qasımov 362 elmi işin, o cümlədən, 21-i monoqrdafiya, 16-ı isə elmi – populyar kitabın müəllifidir. O,  həmçinin "Xəzər gölünün ekologiyası" (1994), "Neft və Xəzər dənizinin bioloji ehtiyatları" (2001) və başqa kitabların da müəllifidir. Son əsəri 2004-cü ildə üç dildə - Azərbaycan, ingilis və Rus dillərində nəşr olunmuş "Xəzər dənizi planktonunun ekologiyası" kitabıdır. Bu kitabı da o, Xəzər dənizinin əhəmiyyətli bir qrupu hesab olunan plankton qruplaşmasının analizinə həsr etmişdir.

Hacıbaba Abbasov
 B.e.d., professor H.S.Abbasov 1954-cü ildə  ixtiologiya laboratoriyasına aspirant qəbul edilir. Ona rəhbərliyi A.N. Derjavin öz üzərinə götürür. 1959-cu ildə o, “Mingəçevir su anbarı əsas vətəgə balıqları körpələrinin biologiyası” mövzusunda dissertasiya müdafiə edərək biologiya elmləri namizədi adına layiq görülür. Bundan sonra o, demək olar ki, Respublikanın əsas balıq təsərrüfatı sularının, o cümlədən Naxçıvan MSSR-nın, Azərbaycanın Şimali-qərb hissəsi sularının vətəgə balıqları körpələrini daha geniş surətdə öyrənmişdir. O, 1962-ci ildə Xəzər dənizində neft yataqlarının axtarışı zamanı tətbiq edilən partladıcı maddələrin balıqlara təsirinin öyrənilməsində də iştirak etmişdir. Daha sonralar onu su anbarlarının, Kürətrafı göllərin, Xəzərətrafı liman və körfəzlərin balıqçılıqda mənimsənilməsi məsələləri maraqlandırmışdır. Bunlarla yanaşı o, həm də “İnsan və biosfer” proqramı üzrə növü areal daxilində öyrənən (Respublikada) qrupun rəhbəri olmuşdur. H.S.Abbasov 1965-1969-cu illərdə Mingəçevir təcrübə laboratoriyasının rəhbəri olmuş, sonradan Bakıya gələrək, 1978-1982-ci illərdə ixtiologiya laboratoriyasına rəhbərlik etmişdir. 1982-ci ildə ADU-nin “Onurğalılar zoologiyası” kafedrasının müdiri seçilmişdir. O, “Su daşqınlarında çoxalan balıqların artırılmasının bioloji əsasları” (1972), “Azərbaycanın əsas vətəgə balıqları (çəkikimilər, xanıkimilər) körpələrinin biologiyası” (1983) adlı monoqrafiyaların, “Bizim balıqlar” adlı rəngli-şəkilli kitabın, 4 elmi-kütləvi və metodiki kitabçaların, 100-ə yaxın elmi məqalənin, bir dərs vəsaitinin müəllifidir.

Dadaş Rəhimov
(20.01.1932 - 2004)
 Zoologiya-ixtiologiya elmləri sahəsində görkəmli alim biologiya elmlər doktoru Dadaş Bəhmən oğlu Rəhimov 20 yanvar 1932-ci ildə Azərbaycan Respublikasının Lerik rayonunun Siyov kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1946-cı ildə Siyov kənd orta məktəbinin 8-ci sinfini bitirərək, həmin ildə Lənkəran Kənd Təsərrüfatı Texnikumuna “Aqronomluq” fakültəsinə daxil olmuş və 1949-cu ildə oranı bitirmişdir. O, 1949-1950-ci illərin Lerik rayonunun “Qızıl Oktyabr” kolxozunda və Lənkəran rayonunun “Avrora” sovxozunda aqranom vəzifələrində işləmişdir.
1950-ci ildə Azərbaycan Dövlət Universitetinin “Biologiya” fakültəsinə daxil olmuş və 1955-ci ildə oranı bitirib Bioloq-zooloq ixtisasını almışdır. 1955-59-cu illərdə Lerik rayonunun Siyov kənd orta məktəbində tədris işləri üzrə direktor müavini işləmişdir. 1959-60-ci illərdə Lerik rayonunun Daster və Tılqlov 8 illik məktəblərində direktor işləmişdir.
D.B.Rəhimov 1960-cı ilin dekabrında Azərbaycan Rspublikası Milli Elmlər Akademiyası Zoologiya İnstitutunda ixtiologiya ixtisası üzrə namizədlik aspiranturasına daxil olmuş və b.e.n. A.A. Mahmudbəyovun elmi rəhbərliyi altında “Orta və Cənubi Xəzərin qərb sahillərində xul balıqlarının növ tərkibi, biologiyası və ehtiyatınin vəziyyəti” mövzüsunda dissertasiya işi üzərində işləmiş, 1966-cı ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. Daha sonralar o, demək olar ki, bütövlükdə Xəzərin xul balıqlarını öyrənmiş və 1991-ci ildə “Xəzər dənizinin xul balıqları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
D.B.Rəhimov apardığı uzunmuddətli tədqiqatlar nəticəsində Xəzər dənizində xul balıqlarının 11 cinsinə aid olan 36 növ və növaltının yayıldığını müəyyən etmişdir. O, elm üçün yeni 2 növ və 7 yarımnövü ilk dəfə təsvir edilmişdir. Eyni zamanda o, 1982-ci ildə “ELM” elmi tədqiqat gəmisini Xəzərə gətirərkən Yapon və Şərqi-Çin dənizlərinin, eləcə də Hind okeanının balıqlarına dair materiallar toplamışdır. D.B.Rəhimov 1976-1980-cı illər ərzində kefalın Azərbaycanın şirinsulu göl və gölməçələrində yetişdirilməsi məsələləri üzrə tədqiqat işləri aparmışdır. D.B.Rəhimov 1982-ci ildən ömrünün sonuna qədər (2004) İxtiologiya laboratoriyasının müdiri işləmişdir. O, 1982-2004-cü illərdə Azərbaycanın balıq faunasının tədqiq edilməsi üzrə aparılan elmi tədqiqat işlərinə rəhbərlik etmiş, 100-dən çox elmi məqalənin müəllifidir. 

Tanınmış entomoloqlar
Niyazi Səmədov
(31.12.1916 - )
AMEA-nın müxbir üzvü Niyazi Həmid oğlu Səmədov 1916-cı il dekabrın 31-də Şəki şəhərində anadan olmuşdur. 1932-ci ildə Şəki Kənd Təsərrüfatı texnikumunun ipəkçilik bölməsini bitirmişdir. 1933-1935-ci illərdə Qəbələ və Ağdaş barama – toxumu müəssisələrində ipəkçi-texnoloq vəzifəsində işləmişdir. 1941-ci ildə Daşkənd Kənd Təsərrüfatı institutunun ipəkçilik fakultəsini bitirmişdi. 1941-1946-cı illərdə keçmiş sovet ordusu sıralarında xidmət etmiş və 1946-cı ildə baş zabit rütbəsində ordu sıralarından tərxis olunmuşdur. 1947-ci ildə Azərbaycan EA-nın Zoologiya institutuna gəlmişdir.  O, əvvəlcə kiçik elmi işçi, 1954-cü ildə isə baş elmi işçi vəzifəsinə seçilmişdir.
N.Səmədov 1951-ci ildə «Azərbaycanda Labrus cinsindən olan taxıl böcəkləri və onlara qarşı mübarizə tədbirləri» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1955-ci ildə elmi hissə üzrə direktor müavini vəzifəsinə irəli çəkilmiş və 1961-ci ilə kimi bu vəzifədə fəaliyyət göstərmişdir. N.Səmədov 1957-ci ildən ömrünün sonuna kimi Entomologiya laboratoriyasının müdiri vəzifəsində işləmişdir. 1964-cü ildə «Azərbaycanda kənd təsərrüfatı bitkilərinə ziyan verən böcəklərin fauna və biologiyası» mövzusunda doktoruq dissertasiyası müdafiə etmiş, 1971-ci ildə professor elmi adına layiq görülmüşdür.
Professor N.Səmədov 1972-ci ildə Hindistan Beynəlxalq Zoologiya Akademiyasının həqiqi üzvü, 1979-cu ildə Ümumittifaq Entomologiya Cəmiyyətinin fəxri üzvü və Beynəlxalq Təbiəti Mühafizə İttifaqı dağ komitəsinin sədr müavini, zoologiya və entomologiya elminin inkişafındakı nailiyy1ətlərinə və xidmətlərinə görə 1980-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. O, həm də əməkdar elm xadimi kimi yüksək ada layiq görülmüşdür. N.Səmədovun apardığı elmi-tədqiqat işləri, əsasən, böcəklər dəstəsinin öyrənilməsinə, başlıca növlərin bioloji xüsusiyyətlərinin tədqiqinə və ciddi zərər verən növlərə qarşı mübarizə tədbirlərinin elmi əsaslarının hazırlanması və tədbiqi məsələlərinə həsr olunmuşdur. Niyazi müəllim müharibə və əmək veteranı idi. O, «II dərəcəli vətən müharibəsi» ordeni və 8 medalla təltif edilmişdir. N.Səmədov tərəfindən Azərbaycanda 26 fəsiləyə mənsub 2900 böcək növü aşkar edilmişdir ki, onların 16 növü elm üçün, 43 -ü keçmiş SSRİ faunası, 89 - u Qafqaz faunası, 760 növü isə Azərbaycanın faunası üçün yeni olmuşdur. O, ilk dəfə olaraq 430 növün kənd təsərrüfatı bitkilərinə zərər verməsini müəyyən etmişdir. N.Səmədov «İnsan və biosfera» proqramı əsasında Azərbaycanda entomologiya, torpaq zoologiyası, biosenologiya və bitki mühafizəsinə dair aparılan elmi-tədqiqat işlərinin təşkili və inkişafı, həmçinin də elmi kadrların hazırlanmasında böyük xidməti olmuşdur. Onun rəhbərliyi altında 6 doktorluq və 40-a yaxın namizədlik dissertasiyası hazırlanmış və müdafiə olunmuşdur.
Professor N.Səmədov 200-dən çox elmi məqalənin, 5 monoqrafiyanın, 6 elmi-kütləvi kitabçanın və 3 ixtiranın müəllifidir. O, 15-ə yaxın monoqrafiya, elmi kitabça və məcmuələrin redaktoru olmuşdur. Onun 8 əsəri Avstriya, İngiltərə, Fransa və Çexoslovakiyada çap olunmuşdur. O, Azərbaycan Ensklopediyası və qırmızı kitabın müəlliflərindən biridir. Onun hazırladığı taxıl, meşə və bəzək bitkilərinin başlıca zərərvericilərinə qarşı mübarizə tədbirləri respublikanın xalq təsərrüfatında tədbiq olunmuşdur. O, dəfələrlə keçmiş SSRİ-nin müxtəlif şəhərlərində (Bakı, Kiyev, Moskva, Voronej, Sankt-Peterburq və s.), Fransa, Polşa və Çexoslovakiyada entomologiya və torpaq zoologiyası üzrə keçrilmiş Beynəlxalq konqreslərdə, qurultay, konfrans və sinpoziumlarda dəyərli məruzələr etmişdir. Niyazi müəllim «Entomologiya laboratoriyasına» rəhbərlik etdiyi müddətdə, əməkdaşlara qarşı çox tələbkar, qayğıkeş idi. O, ekspedisiyalar zamanı material toplamaq haqda metodik göstərişlər verərdi. Hər hansı bir məqalənin yazılmasında köməklik göstərər, elmi məsləhətlər verərdi. Əməkdaşlar tərəfindən toplanmış materialları və gündəliyi çox diqqətlə yoxlayar, razı qalsaydı gündəliyə imza atardı, razı qalmasaydı olan nöqsanları başa salardı, amma qol çəkməzdi.
ARİFƏ ABDİNBƏYOVA
(01.10.1929 - 24.04.2001)
 Biologiya elmləri doktoru (1970), professor (1986) Arifə Əhməd qızı Abdinbəyova 1929-cu ilin noyabrın 1-də Qərbi Azərbaycanın İrəvan şəhərində anadan olmuşdur. 1952-ci ildə Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra Elmi Şuranın zəmanətilə Zoologiya institutunda aspiranturaya daxil olur. 1957-ci ildə aspiranturanı başa vurduqdan sonra biologiya elmləri namizədi adını alır. 1958 - 1961-ci illərdə Respublika EA-nın biologiya-təbabət şöbəsinin elmi katibi işlədikdən sonra yenidən Zoologiya institutuna qayıdıb, öz elmi fəaliyyətini baş elmi işçi kimi davam etdirir. 1971-ci ildən “Həşəratların ekologiyası və fiziologiyası ” laboratoriyasına rəhbərlik edir. Qeyd etmək lazımdır ki, həmin laboratoriya Arifə xanımın təşəbbüsü və fəaliyyəti nəticəsində 1968-ci ildə özəyi qoyulmuş “Həşəratların təcrübi ekologiyası ” qurupunun əsasında yaradılmışdır.
Arifə xanım entomologiya sahəsində çalışan ilk azərbaycanlı qadındır. Onun elmi fəaliyyətində cücülər aləminin ekoloji - faunistik tədqiqatları geniş yer tutub kı, bunlar da 150-dən artıq elmi əsərdə öz əksini tapmışdır. 1959-cu ildə çapdan çıxmış “Azərbaycanda pambığa zərər verən mənənələr ” adlı ilk kitabı hazırda da öz elmi – praktiki əhəmiyyətini saxlamaqdadır. 15 illik elmi fəaliyyətinin bəhrəsi olan, 1975-ci ildə çapdan çıxmış “Azərbaycanın brakonidləri ” (rus dilində) monoqrafiyası tək ölkəmizdə deyil, həmçinin beynəlxalq miqyasda da zəif öyrənilmiş, böyük bir entomofaqlar qrupu haqqında ilk qiymətli regional vəsaitdir. O, eyni zamanda “Azərbaycanın heyvanlar aləmi” seriyasından “Azərbaycanın buğumayaqlıları” əsərinin həmmüəllifidir. A. Abdinbəyova 1996-cı ildə “Azərbaycanın zarqanadlı cücüləri ” adlı monoqrafiyasını azərbaycan dilində çap etdirmişdir. 
Arifə xanım respublikamızda eksperimental entomologiya məktəbini yaratmaqla zoologiya elminin inkişafına böyük töhfələr vermişdir. Onun rəhbərliyi altında onlarla yüksək ixtisaslı kadrlar hazırlanmışdır. Rəhbərlik etdiyi laboratoriyada aparılan elmi tədqiqat işlərinin nəticələri kənd təsərrüfatının müxtəlif sahələrində öz tətbiqini tapmış, 1986-cı ildə Arifə xanım SSRİ XTNS-nin gümüş medalına layiq görülmüşdür.Arifə xanım bacarıqlı elmi rəhbər olmaqla yanaşı, həm də fəal ictimaiyyətşi idi. O, SSRİ EA Ümumiittifaq Entomologiya cəmiyyətinin mərkəzi şurasının üzvü, Azərbaycan bölməsinin elmi katibi, sədri, Respublika Qadınlar Şurasının fəal üzvlərindən olmuşdur. Onun elmi-ictimai fəaliyyəti dəfələrlə müxtəlif təşkilatlar tərəfindən medallar, döş nişanları və fəxri fərmanlarla qiymətləndirilmişdir. İstedadlı alim, gözəl insan və bacarıqlı təşkilatçı Arifə xanım Abdinbəyova 2001-ci il aprel ayının 24-də vəfat etmişdir.

Tanınmış protozooloqlar

Musa Musayev
(27.12.1921 – 04.12.2010) 
Görkəmli zooloq-parazitoloq və protozooloq, baytarlıq təbabətində tanınmış alim, akademik Musa Əbdürəhman oğlu Musayev Gəncə şəhərində ruhani ailəsində anadan olmuşdur. Baytarlıq Akademiyasında aspiranturada təhsil alarkən Ümumittifaq Dövlət təqaüdünə layiq görülmüş, Azərbaycan Elmlər Akademiyasının o vaxtkı prezidenti Y.Məmmədəliyev Moskvada olarkən istedadlı gənc alimdən xəbər tutaraq ona AEA-nın Zoologiya İnstitutunda işləməyi təklif etmişdir. 1949-cu ildən Zoologyia İnstitutunda işləyən M.Musayev 61 illik əmək fəaliyyətinin 50 ilini (1960-cı ildən) Zoologiya İnstitutunun direktoru vəzifəsinə həsr etmişdir.
O, leptospirozun seroloji diaqnostikası, epizootologiyası, patologiyası və immuniteti haqda bir çox qiymətli məqalələr və monoqrafiyalar yazmışdır. Alimin 54 il bundan əvvəl təklif etdiyi “Leptospirozun seroloji diaqnostikası” üsulu indi də müasir immunoloji metodlarla yanaşı istifadə edilir. Onun növbəti monoqrafiyası qaramalın, o cümlədən camışların leptospirozunun tam tədqiqatına, bu sahədəki mövcud məlumatların sistematikasının yaradılmasına həsr edilmişdir. M.Ə.Musayevin monoqrafiyası bu günədək leptospiroz haqqında dünya ədəbiyyatında mövcud olan məlumatların yeganə elmi ümumiləşdiricisi olaraq baytar işçiləri üçün bu gün də qiymətli vəsaitdir. 1959-cu ildə Akademiyanın müxbir üzvü, 1967-ci ildə isə həqiqi üzvü seçilmiş M.Ə.Musayev yaratdığı protozoologiya laboratoriyasının bazasında parazit-sahib münasibətlərinin biokimyəvi əsasları və protistologiya laboratoriyalarından ibarət protozoologiya şöbəsi təşkil edərək Respublikada ilk protozoologiya elmi məktəbi yaratmışdır. Azərbaycanda insanların kənd təsərrüfatı və çöl heyvanlarının hüceyrədaxili parazitləri olan koksidilərin və həmçinin səpbəst həyat sürən təkhüceyrəli heyvanların növ tərkibi, ekologiyası, sistematikası və taksonomiyası, parazit-sahib münasibətlərinin xüsusiyyətləri öyrənilmişdir.
Akademikin 30-dan artıq elmi işi və «SSRİ-də yaşayan gəmiricilərin koksidləri» (1965), «Çöl siçanının parazit faunası və parazitosenozunun quruluşu» (1969) kimi monoqrafiyalarıadlı heyvanların koksidi və koksidiozlarının öyrənilməsinə həsr edilmişdir. Birinci monoqrafiyada 46 sahibdən 100-ə qədər yeni növ koksidisi təsvir edilmişdir. Ölkəmizdə təkhüceyrəli heyvanların qenofondu öyrənilərkən yeni 230-a qədər növ təsvir edilmiş, onlara azərbaycanlı gənc protozooloqların (Eimeria Yolchievi, E. Cocheri. E. İbrahimova və s.) və digər yerli-coğrafi məkan adları (E. bakuensis, E. sachdagika, E. cahriensis, E. batabatika, E. badamlinica və s.) verilmiş, beynəlxalq kataloq və kitablara salınmışdır. Məhz akademik M. Musayevin elmi avtoriteti sayəsində keçmiş SSRİ-də yaradılmış protozooloqlar cəmiyyətinin 1971-ci ildə keçirilmiş birinci qurultayı Bakı şəhərində keçirilmişdir.
Bu fundamental tədqiqatların nəticələri 150-dən çox elmi məqalədə və o cümlədən «Ev quşlarının koksidiozlarında parazit-sahib münasibətlərinin biokimyəvi xüsusiyyətləri» (1977) və «Ev quşlarının parazitləri onlara qarşı mübarizənin elmi əsasları» (1991) monoqrafiyalarında öz əksini tapmışdır. M.Ə.Musayev şəxsi tədqiqatlarına, yaratdığı protozooloqlar məktəbinin və digər parazitoloq alimlərin əldə etdiyi elmi nəticələrə və onların heyvandarlıq və quşçuluq təsərrüfatlarında geniş miqyasda tətbiqinə aid silsilə əsərlərə görə bir qrup alimlə birgə Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdür (1991). Nəzəri və praktiki əhəmiyyətli bir çox elmi əsərlər, o cümlədən də «Azərbaycanda balıqların ibtidai parazitləri» (1966), «Azərbaycanda quşların qan parazitləri» (1994) kimi kitablar nəşr edilmişdir.
M. Musayevin apardığı tədqiqatlar 400-ə yaxın elmi məqalə, tezis və monoqrafiyalarda öz əksini tapmış, onun şəxsi rəhbərliyi ilə 28 namizədlik və doktorluq dissertasiyası müdafiə olunmuş, 15 addan çox dərslik və dərs vəsaiti nəşr edilmiş, Qazaxstan, Özbəkistan, Belarus, Moldova kimi ölkələr üçün yüksək ixtisaslı protozooloq alimlər hazırlanmışdır. O, Zoologiya İnstitutu əməkdaşlarının kollektiv əsəri olan «Azərbaycan heyvanlar aləmi» üçcildliyinin əsas təşkilatçısı, müəllifi və elmi redaktoru olmuşdur. Görkəmli alim keçmiş SSRİ protozooloqlar cəmiyyətinin vitse-prezidenti və Azərbaycan bölməsinin sədri (1968-1991), «Bilik» cəmiyyətinin biologiya və kənd təsərrüfatı bölməsinin elmi-metodik şurasının sədri (1967-1989), keçmiş SSRİ EA Ümumi Biologiya Bölməsinin Elmi Şurasının üzvü və «Parazitologiya» (1967-1989) jurnalının redaksiya heyətinin üzvü olmuşdur. M. Musayev «AMEA Xəbərləri» jurnalının bioloqiya elmləri üzrə baş redaktorunun müavini, Ali Attestasiya Komissiyasının biologiya və kənd təsərrüfatı elmləri üzrə ekspert şurasının sədri, «Azərbaycan Zooloqlar Cəmiyyəti»nin  prezidenti, 1959-cu ildən AMEA Biologiya Bölməsinin büro üzvü, 1997-ci ildən isə bu bölmənin akademik katibidir.
Akademik M.Ə.Musayev xidmətlərinə görə bir sıra hökümət mükafatları ilə: «Şərəf nişanı» və «Qırmızı Əmək Bayrağı» ordenləri, «Böyük Vətən Müharibəsində Fədakar Əməyə Görə» medalı, Azərbaycan SSR Ali Soveti Rəyasət  Heyyətinin üç fəxri fərmanı ilə təltif olunmuşdur. O, «Azərbaycanın Əməkdar Elm Xadimi» fəxri adına, Azərbaycan Respublikasının «Şöhrət Ordeni»nə layiq görülmüşdür. 


Yaqub Yolçiyev
(01.12.1938 - )
AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor Yaqub Yamin oğlu Yolçiyev protozoologiya, parazitologiya və biokimya sahasində məhsuldar işləyən tanınmış alim, geniş profilli bioloqdur. Onun elmi fəaliyyəti parazit-sahib sisteminin biokimyəvi əsaslarının, parazit ibtidailərin ekologiyası və sistematikasını öyrənilməsinə həsr edilmişdir. Yaqub Yolçiyev 1938-ci il dekabırın 21-də Qərbi Azərbaycanın Zəngəzur vilayətinin Sisyan bölgəsinin Urud kəndində anadan olmuşdur. O 1959-cu ildə Bakı Dövlət Universitetinin biologiya fakultəsinə daxil olmuş və 1964-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir.
Universiteti bitirdikdən sonra təyinatla AMEA Zoologiya instituna işə göndərilmişdir. Onun 68-illik ömrünün 43-ili bu institutla bağlıdır. Laborant kimi işə başlamış, elmi işə olan xüsusi marağı, istedadı nəticəsində aspiranturaya qəbul olmuş, kiçik və baş elmi işçi vəzifələrində işləmişdir. 1971-ci ildə zoologiyanın elmi istiqamətlərindən biri-parazitologiya ixtisası üzrə biologiya elmləri namizədi, 1984-cü ildə isə biologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiyə etmişdir. 2000-ci ildə Ali Attestasiya Komisyası ona professor elmi adı vermişdir.
Yaqub Yolçiyev onun elmi rəhbərinin təklifi ilə ilk dəfə Azərbaycanda zoologiyanın, o cümlədən,  parazitologiyanın inkişafı üçün vacib olan, parazit-sahib münasibətlərinin molekulyar- biokimyəvi əsaslarını öyrənən yeni bir elmi istiqamətdə çalışmağa başlamış və parazit-sahib münasibətlərinin biokimyəvi əsasları laboratoriyasına ömrünün son anına qədər rəhbərlik etmişdir. Onun rəhbərliyi ilə koksidiozlar zamanı sahib heyvanlarda maddələr mübadiləsinin pozulması hüceyrə və molekulyar səviyyədə öyrənilmiş, parazit-sahib sistemində metabolik proseslərin bəzi oxşar və fərqli cəhətləri müəyyənləşdirilmiş, kənd təsərrüfatı heyvanları və quşlarında parazitlik edən koksidilərin növ tərkibi, müalicə və profilaktika tədbirləri işlənib hazırlanmışdır. Yaqub Yolçiyevin müəlliflərdən biri olduğu “Kənd təsərrüfatı heyvanlarının koksidioz xəstəliyinə qarşı mübarizəyə dair töfsiyələr” respublikanın heyvandarlıq və quşçuluq təsərrüfatlarında tətbiq olunur.
Y.Y.Yolçiyev institut rəhbərliyinin təklifi ilə uzun illər ərzində yorulmaq bilmədən heyvanlar aləmində parazit həyat tərzinin və immunoloji əsaslarını öyrənməyə başlamış və bu sahədə böyük nailiyyətlər əldə etmişdir. Koksidilərin (Eimeriya, Sarcocystis cinsləri) müxtəlif inkişaf mərhələlərinin biokimyəvi tərkibi öyrənımilmiş, ev toyuqlarının, qoyunların və camışların eymeriozu və sarkosporidiozu zamanı zülal aminturşu, Krebs dövriyyəsi komponentlərinin və onların mübadiləsində iştirak edən fermentlərin fəallığında baş verən biokimyəvi dəyişikliklər müəyyənləşdirilmiş, parazit-sahib münasibətlərinin biokimyəvi mahiyətinin bəzi məsələləri nəzəri cəhətdən əsaslandırılmışdır. Eymeriyaların oosistalarının təmiz kulturasının alınması, biokimyəvi göstəricilərə görə antikoksidioz preparatların effektivliyinin qiymətləndirilməsi və aminturşuları alkil törəmələrinin eymeriozların müalicəsində tətbiqi metodları ixtira edilmişdir. Onun yetirmələri tərəfindən ev quşları, ev donuzlarının, gəmiricilərin parazit ibtidailərinin növ tərkibi, ekologiyası, növ və populyasiya daxili dəyişkənliklər, biokimyəvi və karioloji göstəricilərə görə, yerli toyuq və camiş cinslərinin genofondu, parazitar xəstəliklərə dözümlülüyü müəyyənləşdirilmişdir.
Professor Y.Y.Yolçiyev Azərbaycanda zoologiya elminin inkişafında, zoologiya elmi ilə bağlı bir sıra problermlərin öz həllini tapmasında və milli kadrların hazırlanmasında böyük xidmətləri olmuşdur. O, nəinki istedadlı alim, həmçinin gözəl pedaqoq idi. Yüksək insani keyfiyyətə malik olan Yaqub müəllim elmi kadrların yetişməsinə xüsusi qayğı və diqqətlə yanaşardı. Məhz onun rəhbərliyi altında 6 elmlər namizədi və 1 elmlər doktoru parazitologiya və biokimyanın müxtəlif sahələrının aktual problemlərinə dair dissertasiyalar müdafiə edilmişdir. Yaqub müəllimin apardığı tədqiqatlar 170-dən çox elmi məqalədə və 3 monaqrafiyada öz əksini tapmışdır. Yaqub müəllimin qələmindən çıxan, parazitologiya və biokimyanın müxtəlif problemlərinə həsr etdiyi əsərləri xarici ölkələrin elmi jurnallarında nəşr olunmuş, alimin şöhrətini dünyaya yaymışdır. Bu tədqiqatların tücrübi nəticələri praktikaya geniş tətbiq olunur. Yaqub müəllimin ixtiralarından biri olan (həmmüəlliflərlə birlikdə) “ Koksidi kulturalarının təmizləmə üsulu” hazırda parazitoloji istiqamətli laboratoriyalarda biokimyəvi tədqiqatlar üçün koksidi oosistalarınin təmiz kulturasının alınmasında istifadə edilən əsas metodlardan biri hesab olunur.
“Ev quşlarının koksidiozlarında parazit-sahib münasibətlərinin biokimyəvi xüsusiyyətləri” monaqrafiyasının əsas müəlliflərindən biri Yaqub müəllim olmuşdur. Monaqrafiyada parazit-sahib münasibətlərinin problemləri hüceyrə və orqanizm səviyyəsidə, eləcə də parazit-sahib sistemi komponentləri arasındakı biokimyəvi qarşılıqlı təsirlər aydınlaşdırılmışdır. Yaqub müəllimin elmi ictimai fəaliyyət spektri çox geniş olmuşdur. Zoologiya institunun elmi işlər üzrə direktor müavini, ixtisaslaşmış doktorluq şurasının sədri olmuş, dövlət əhəmiyyətli elmi proqramların hazırlanmasında böyük səy göstərmişdir.  
ABŞ Corciya və Kinqston Universitetlərinin “Profiles of  Coccidiologist” jurnalının ikinci nəşrində Y.Y. Yolçiyev məşhur koksidioloq alim kimi təqdim edilir. O, Beynəlxalq Nobel Nəşriyyat Təşkilatının təhsis etdiyi “Journal of Applied Biological Sciences” jurnalının redaksiya heyyətinə üzv seçilmişdir. Zoologiya, parazitologiya, biokimya və baytarlıq üzrə xarici ölkələrdə və Azərbaycanda keçirilmiş 20-dən çox qurultay, simpozium və konfranslarda iştirak etmiş və məruzələrlə çıxış etmişdir. Yaqub müəllim “Əmək veteranı” medalı və Prezident fərmanı ilə Azərbaycan Raspublikasının “Şöhrət ordeni” ilə təltif olunmuş, institutun müdriyyəti tərəfindən dəfələrlə mükafatlandırılmışdır.


 menbe:zoologiya.az

Hiç yorum yok:

Yorum Gönder